Azərbaycanı avrokuboklarda onlar təmsil edəcək
2026-2027-ci il mövsümündə Azərbaycanın dörd voleybol klubu avrokuboklarda iştirak edəcək.
Aut.az xəbər verir ki, ölkəmizi Avropa arenasında iki qadın və iki kişi komandası təmsil edəcək. Son ölkə çempionları “Turan” və “Xilasedici” klubları CEV Çempionlar Liqasında, çempionatın gümüş mükafatçıları “DH Volley” və “ORDU” komandaları isə CEV Çelenc Kubokunda çıxış edəcəklər.
Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn formatda keçiriləcək. Püşkün nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin rəqibləri müəyyənləşəcək.
