Dünya cempionatıDünya futbolu

İnfantino senatoru qınadı

FİFA prezidenti Canni İnfantino Fransa millisinin hücumçusu Kilian Mbappeyə qarşı irqçi təhqirlər işlədən paraqvaylı senator Seleste Amarilyanı qınayıb.

Aut.az xəbər verir ki, İnfantino sosial media hesabında yazıb:

“Futbol dünyası və cəmiyyəti Fransa millisinin kapitanı ilə həmrəydir: biz irqçiliklə mübarizə aparmalı və onu birlikdə aradan qaldırmalıyıq. Bu Dünya Kuboku boyunca futbol özünü güclü birləşdirici qüvvə kimi sübut etdi. İdmanımız hamı üçün inklüziv və təhlükəsiz bir məkan olaraq qalmalıdır”.

Aut.az