Azərbaycanlı futbolçu Qırğızıstan klubunda
“Kəpəz”dən ayrılan Camal Cəfərovun yeni klubu məlum olub.
Aut.az xəbər verir ki, cinah oyunçusu “Alay”a keçib. Bu barədə Qırğızıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cəfərovla müqavilənin detalları açıqlanmayıb.
Azərbaycanın U-21 yığmasının da üzvü olan futbolçu “Kəpəz”dən əvvəl “Sabah”da forma geyinib.
Bundan öncə “Səbail”dən ayrılan Səbayıl Bağırov Qırğızıstanın “Ozqon” klubuna keçib.
