Azərbaycan futbolu

“İmişli”dən növbəti transfer

“İmişli” daha bir futbolçu transferini açıqlayıb.

Aut.az  xəbər verir ki, Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub.

29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Sabah” və Türkiyənin “Tuzlaspor” klublarında çıxış edən oyunçu son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib.