Basketbol

AÇ: Azərbaycan millisi Ukrayna ilə üz-üzə

Bu gün Azərbaycanın gənclərdən ibarət basketbol millisi (U-20) Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında növbəti oyununu keçirəcək.

Aut.az xəbər verir ki, U-20 B Divizionundakı dördüncü oyununda Ukrayna ilə qarşılaşacaq.

9-14-cü yerlər uğrunda matç Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.

Azərbaycan millisi A qrupunda İrlandiya (81:93), Albaniya (88:60) və Yunanıstan (63:79) ilə oynayıb.

Avropa çempionatı
B Divizionu
9-14-cü yerlər uğrunda oyun

8 iyul

16:15. Azərbaycan (U-20) – Ukrayna (U-20)