Braziliya millisinin vətənə qayıdan təyyarəsində cəmi 1 oyunçu olub
DÇ-2026-da mübarizəni dayandıran Braziliya millisinin ölkəyə qayıdan təyyarəsində cəmi bir oyunçu olub.
Aut.az xəbər verir ki, bu barədə “Metropoles” məlumat yayıb.
Bildirilir ki, təyyarədə “Flamenqo”nun 34 yaşlı müdafiəçisi Danilo olub. Braziliyaya çarter reysinə minən yeganə oyunçu olub: digər oyunçular Dünya Kubokunu tərk etdikdən sonra tətilə gediblər.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Kanadaya uçub. Onun orada evi var.
Aut.az
