Azərbaycan futbolu

Murad Musayev “Sabah”da nə qədər qazanır?

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibə verib.

Aut.az xəbər verir ki, rusiyalı mütəxəssis ona yaşamaq üçün bəs edən məbləği açıqlasa da, “bayquşlar”da aldığı məbləği açıqlamayıb.

– “Krasnodar”ın hazırkı baş məşqçisi İviç ilinə iki milyon avro maaş alır. Siz burada nə qədər qazanırdız?

– Az, daha az.

– Rahat yaşamaq üçün azı nə qədər məvacib lazımdır?

– Bir ailə üçün 500 min rubl (təxminən 10 min AZN). Ümid edirəm, bəs edər (gülür).

– “Sabah”da yaxşı maaş aldığınız deyilir. Düzdür?

– Yaxşıdır, mən xoşbəxtəm.

Qeyd edək ki, Musayev “Sabah”dan əvvəl “Krasnodar”da çalışıb. O, 2021-ci ilin oktyabrında Azərbaycan klubuna baş məşqçi təyin olunub.