Dünya futbolu

Məhkəmə Mourinyo ilə bağlı qərar verdi: Pulu qaytar

İspaniya Ali Məhkəməsinin İnzibati Mübahisələr Palatası “Real Madrid”in keçmiş baş məşqçisi Joze Mourinyonun 2011 və 2012-ci illər üçün vergiləri qaytarmalı olduğu barədə qərar qəbul edib.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 2018-ci ildə Mərkəzi İqtisadi İnzibati Məhkəmə Mourinyonun 2010-cu ildən 2012-ci ilədək olan şəxsi gəlir vergilərinə aid olan iddiasını rədd edib. Nəticədə 571 min avro məbləğində vergi cəriməsi tətbiq edilib və 881,3 min avro məbləğində barışıq sazişi bağlanıb.

Milli Məhkəmə daha sonra cəriməni ləğv etdi və 2010-cu il üçün vergi borcunu etibarsız hesab etdi, lakin 2011 və 2012-ci illər üçün qərarı qüvvədə saxladı. Mourinyo bu iki il üçün hesablamalara etiraz etdi. O, “Real”la müqaviləsinin vasitəçiliyi nəticəsində alınan ödənişlərlə bağlı iqtisadi vergi məhkəməsinin yanlış qiymətləndirməsini əsas gətirdi, lakin məhkəmə onun şikayətini rədd etdi.

Aut.az