Azarkeşlər arasında kütləvi dava: Həbs olunanlar var
Fransa Liqa 1-ə vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyunu ərəfəsində “Sent-Etyen” və “Mets” azarkeşləri arasında qarşıdurma baş verib.
Aut.az xəbər verir ki, 150-yə yaxın azarkeş arasında Mets qatar stansiyasının qarşısında dava düşüb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Moselle prefekturası yeddi nəfərin həbs edildiyini bildirib.
Final fitindən sonra stadionda yenidən iğtişaşlar başlayıb.
Qeyd edək ki, iki oyunluq duelin nəticələrinə görə “Sent-Etyen” 2024/25 mövsümündə Fransa Liqa 1-də oynamaq hüququ qazanıb. Əlavə vaxtın 117-ci dəqiqəsində sabiq “Qarabağ”lı İbrahima Vaci qol vuraraq “ağ-yaşıllar”ı elitaya çıxardıb.
