O qalsa, “Bavariya” dağılacaq – ŞOK İDDİA
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel komandada qalsa, bəzi əsas oyunçular klubu tərk edəcəklər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Tobi Altşaffl “X” sosial şəbəkəsində yazıb.
Mənbənin sözlərinə görə, Tuxel kluba gəlməmişdən əvvəl komandanın liderləri Manuel Noyer və Tomas Müller gələcək liderlər Coşua Kimmix və Leon Qoretska “qalib ruh” ötürməli idilər. Tezliklə Matteys de Liqt alındı və indi müdafiənin lideri odur.
Lakin hazırda Noyer Tuxelə dəstək verən yeganə liderdir. Manuel məşqçinin özünün kənardan təsirlənməsinə imkan vermədiyini yüksək qiymətləndirir. Eyni zamanda, Müller 2025-ci ildə karyerasını bitirməyi planlaşdırır.
Kimmix, Qoretsk və de Liqt məşqçinin etimadını hiss etmədikləri üçün gələcəklərini düşünürlər.
Məhz buna görə də “Bavariya” rəhbərliyi yayda çətin bir qərar verməli olacaq: Tuxeli saxlamaqla hazırkı əsas oyunçular da daxil olmaqla, heyətin geniş miqyaslı restrukturizasiyasına başlamaq və ya alman mütəxəssislə ayrılmaq və hazırkı oyunçulara etibar edən, özünə güvənən yeni baş məşqçini dəvət etmək.
Aut.az
