Almaniya

“Bayer” “Bavariya”nın təklifini rədd etdi: Bu qədər istəyirlər

“Bavariya” 28 yaşlı mərkəz müdafiəçisi Conatan Ta üçün “Bayer Leverkuzen”ə 25 milyon avro (20 milyon avro sabit ödəniş və 5 milyon avro bonus) təklif edib.

Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “əczaçılar” Münhen klubunun bu təklifini rədd ediblər. Onlar Tanı 40 milyon avro dəyərində qiymətləndirirlər. Lakin ən azı 30 milyon avro təklif olunarsa, danışıqlara hazırdırlar.

Ötən mövsüm Ta bütün turnirlərdə 48 matçda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimidir. Futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Aut.az