Dünya futboluAlmaniyaİngiltərəİspaniya

Son 10 mövsümün ən çox het-trik edən futbolçuları: Levandovski zirvəni ələ keçirdi

“Barselona”nın hücumçusu Robert Levandovski son 10 mövsümdə ən çox het-trik edən futbolçular siyahısında birinci pilləyə yüksəlib.

Aut.az xəbər verir ki, o, La Liqanın 12-ci turunda “Selta”ya qarşı keçirilən oyunda (4:2) vurduğu het-triklə bu dövrdəki peşəkar karyerasında 26-cı dəfə üç qol sevinci yaşayıb.

Polşalı forvard bu nailiyyəti 556 oyunda əldə edib. İkinci pillədə 558 görüşdə 25 het-trik edən Harri Keyn qərarlaşıb. “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 413 oyunda 23, “İnter Mayami”nin ulduzu Lionel Messi isə 451 qarşılaşmada eyni sayda het-trik vurub. “Real”ın forvardı Kilian Mbappe 536 oyunda 23, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland isə 296 oyunda 21 het-triklə ilk altılığı tamamlayır.

Son 10 mövsümdə ən çox het-trik edən futbolçuların siyahısı:

Robert Levandovski (“Barselona”) — 556 oyun, 26 het-trik
Harri Keyn (“Bavariya”) — 558 oyun, 25 het-trik
Kriştianu Ronaldo (“Əl-Nəsr”) — 413 oyun, 23 het-trik
Lionel Messi (“İnter Mayami”) — 451 oyun, 23 het-trik
Kilian Mbappe (“Real”) — 536 oyun, 23 het-trik
Erlinq Haaland (“Mançester Siti”) — 296 oyun, 21 het-trik

Aut.az