Basketbol

Kokainə görə ömürlük cəzalandırılan məşhur basketbolçu öldü

Dörd dəfə NBA-da “Ulduzların oyunu”nun iştirakçısı olan  Maykl Rey Riçardson 70 yaşında prostat xərçəngindən vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə ESPN onun vəkili və dostu Con Selbstə istinadən məlumat yayıb.

“Basketbol dünyası böyük bir idmançını itirdi. O, tam bir həyat yaşadı. O, etdiklərinə nail olmaq üçün inanılmaz maneələri dəf etdi. Mən onu Şöhrət Zalına daxil edilməyən ən böyük NBA oyunçusu hesab edirəm”, – Selbst deyib.

Riçardson narkotik istifadəsinə görə 1986-cı ildə Milli Basketbol Assosiasiyasından ömürlük uzaqlaşdırılmışdı.

1988-ci ildə ona şərti olaraq liqaya qayıtmağa icazə verildi, lakin o, iki dəfə kokain testlərindən keçə bilmədi.

Aut.az