Basketbol

Almaniya dünya çempionu oldu

FIBA ​​Basketbol üzrə Dünya Kuboku-2023 başa çatıb.

Aut.az xəbər verir ki, finalda Almaniya ölkə tarixində ilk dəfə bu kubokun sahibi olub.

Belə ki, komanda finalda Serbiyaya 81:77 hesabla qalib gəlib.

Qeyd edək ki, Serbiya 2-ci yeri tutaraq gümüş medal qazanıb. Kanada 3-cü, Amerika 4-cü, Latviya 5-ci, Litva 6-cı, Sloveniya 7-ci, İtaliya isə 8-ci yerdə qərarlaşıb.