Basketbol

Ağlasığmaz məbləğ: Görün NBA klubları yayımdan nə qədər qazanırlar

Komandalarla Liqa arasında bağlanmış yeni müqaviləyə əsasən, hər bir NBA klubu növbəti mövsümdə media hüququ üçün 137 milyon dollar alacaq.

Aut.az xəbər verir ki, “Sportico”nun məlumatına görə, bu, cari mövsümlə müqayisədə 33% çoxdur.

Yeni televiziya müqaviləsi ESPN, NBC və “Amazon”ladır.  Onun şərtlərinə görə, 2035-36 mövsümünə qədər hər komanda media hüququndan 297 milyon dollar alacaq.

Bu yaxınlarda NBA rəhbərliyi televiziya reytinqlərinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü açıqlayıb. Ona görə də gələn ildən etibarən hər bir televiziya yayımına onlayn yayımın əlavə edilməsi nəzərdə tutulur.

Aut.az