Lebron onun tarixi rekorduna belə reaksiya verdi
“Los Anceles Leykers”in əfsanəsi Lebron Ceyms “Qolden Steyt Uorrios”un üzvü Stiven Karrinin NBA-da üç xallıq atışlarda vurduğu tarixi rekorduna reaksiya verib.
Aut.az xəbər verir ki, “Sakramento” ilə oyunda (130:104) Karri karyerasında üç xallıq atışlarda 4000 həddinə çatıb. İndiyə qədər Şimali Amerika Liqası tarixində heç bir oyunçu buna nail olmamışdı.
“Üç xallıq atışlarda 4000 bir növ dəlilikdir. Qardaşımı təbrik edirəm! – Ceyms sosial media səhifəsində yazıb və mesaja bir neçə yanğın emojisi əlavə edib.
Aut.az
