Dünya futbolu

Sabiq “Liverpul”luya 13 il həbs cəzası verildi: Əhmədlə birlikdə…

Mançester Kral Məhkəməsi “Liverpul”un və İngiltərə millisinin keçmiş futbolçusu, 46 yaşlı Ceymi Kessidi 13 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Aut.az xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.

Kessidi, həmçinin onun qardaşı, 50 yaşlı Conatan Kessidi və 51 yaşlı Nasar Əhməd beynəlxalq narkotik ticarəti və çirkli pulların yuyulmasında təqsirli bilinib. Onlar təxminən 26 milyon funt sterlinq dəyərində olan 356 kq kokainin paylanmasında iştirak ediblər. Conatan və Əhməd hər biri 21 və 9 ay həbs cəzası alıblar.

1996-cı ildə Kessidi Maykl Ouen və Ceymi Karragerlə birlikdə “Liverpul”un heyətində FA Gənclər Kubokunu qazanıb.

Finalda mersisaydlılar Rio Ferdinand və Frenk Lempardın “Vest Hem”ini məğlub ediblər. O, İngiltərənin U16 komandasının bombardiri olub.

Ceymi “Liverpul”un əsas komandasına qəbul edilib, lakin zədələrə görə heç vaxt debüt etməyib.

Aut.az