Onun parlaq gələcəyi var – Arda Turan kimi deyir?
Konfrans Liqasının 1/4 finalında “Alkmaar”a qarşı ilk oyundan (3:0) sonra “Şaxtyor”un baş məşqçisi Arda Turan komandasının futbolçularından birini fərqləndirib.
Aut.az xəbər verir ki, onun sözlərini “şaxtaçılar”ın mətbuat xidməti sitat gətirib.
Arda 90 dəqiqə meydanda olan Oleq Oçeretko haqqında yüksək fikirdə olduğunu bildirib. Türkiyəli mütəxəssis ukraynalı yarımmüdafiəçinin əla karyera qurmaq potensialına malik olduğuna inanır.
“Oçeretkoya gəldikdə, onun parlaq gələcəyi var. O, hər matçda 12 kilometrdən çox qaça bilir. Onun yüksək səviyyəli fiziki keyfiyyətləri var. İnanıram ki, o, inkişaf etdikdə dünyanın ən yaxşı komandalarında oynaya bilər”, – Turan bildirib.
22 yaşlı Oçeretko bu mövsüm klubda 35 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
