Klopp onun “torbasını tikdi”
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq “RB Leypsiq”də işləyə bilməyəcək.
Aut.az xəbər verir ki, əvvəllər bildirilmişdi ki, niderlandlı mütəxəssis Marko Rozu əvəzləmək üçün əsas namizədlərdən biridir.
Bununla belə, “Sky Sports”a görə, “Red Bull”un beynəlxalq futbol bölməsinin rəhbəri Yurgen Klopp ten Haqın namizədliyini rədd edib.
Klopp Premyer Liqadakı keçmiş rəqibinin əvəzinə “Leypsiq”ə 3 namizəd təklif etdi: Sebastyan Höness (“Ştutqart”), Oliver Qlasner (“Kristal Pelas”) və Rocer Şmidt (“Benfika”nın keçmiş baş məşqçisi).
Hazırda Rouzun rəhbərliyi altında “Leypsiq” Almaniya çempionatının turnir cədvəlində 6-cı yerdədir.
Aut.az
