Almaniya

Məşhur futbolçu xərçəngdən qurtuldu

Münhenqladbax “Borussiya”sının müdafiəçisi Ştefan Layner xərçəng xəstəliyindən sağalıb.

Aut.az xəbər verir ki, həkimlər bu yay erkən mərhələdə futbolçuya limfoma diaqnozu qoymuşdular. Bir neçə aylıq müalicədən sonra Layner klubu ilə məşqlərə qayıdıb.

“Mən çox şadam ki, bir daha bütün diqqətimi futbola cəmləyə və komanda ilə məşq edə bildim. Son bir neçə ay böyük bir sınaq oldu. Bu müddət ərzində ailədən, dostlardan, klubdan və azarkeşlərdən belə dəstək aldığım üçün çox minnətdaram. Bütün bunlar mənə güc verdi. Xüsusilə həyat yoldaşıma və həkimimə təşəkkür etmək istəyirəm”, – deyə Stefan öz emosiyalarını klubun rəsmi saytı ilə bölüşüb.

Əlavə edək ki, Layner 2019-cu ilin yayında Avstriyanın “Zalsburq” klubundan “Borussiya”ya keçib, o vaxtdan Mönhenqladbax klubunun heyətində bütün turnirlərdə 125 oyun keçirib (4 qol vurub).

Aut.az