Bundesliqada mövsümün oyunçusu – Keyn heç “üçlük”də də yoxdur
“Bavariya”nın hücumçusu Maykl Olise Bundesliqada mövsümün oyunçusu seçilib.
Aut.az xəbər verir ki, “Kicker” nəşri Almaniya çempionatında çıxış edən 199 oyunçu arasında sorğu aparıb.
Olise səslərin 40,7%-ni toplayıb. İlk üçlükdə həmçinin “RB Leypsiq”dən Yan Diomande (15,1%) və Luka Vuşkoviç (“Hamburq”, 11,1%) yer alıb.
İngiltərəli hücumçu və mövsümün ən çox qol vuran oyunçusu Harri Keyn səsvermədə 10,1% səs toplayaraq dördüncü yerdə qərarlaşıb.
Aut.az
