İngiltərəAlmaniya

Premyer Liqa klubu ona görə “Bavariya”ya rəqib oldu

“Çelsi”nin hücumçusu Nikolas Cekson karyerasını başqa klubda davam etdirə bilər.

Aut.az xəbər verir ki, Jurnalist Florian Plettenberg bildirir ki, 24 yaşlı senegalliyə “Aston Villa” maraq göstərir. Həmçinin oyunçu “Bavariya”nın da diqqət mərkəzindədir.

2024/25 mövsümündə Cekson bütün turnirlərdə 37 oyuna çıxaraq 13 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun bazar qiymətini 50 milyon avro qiymətləndirir.

Aut.az