“Turan Cup 2025”: “Qarabağ” bu gün ilk oyununu keçirəcək
Bu gün Qazaxıstanın Aktau şəhərində türkdilli ölkələrin komandaları arasında keçiriləcək “Turan Cup 2025” futbol turnirinə start veriləcək.
Aut.az xəbər verir ki, “Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası da yarışda iştirak edəcək.
Təmsilçimiz bu gün saat 18:00-da Qazaxıstanın “Kaspiy” komandası ilə qarşılaşacaq.
Turnirdə “Qarabağ”la yanaşı, “Fənərbaxça”, “Rizəspor” (hər ikisi Türkiyə), “Bunyodkor”, “Paxtakor” (hər ikisi Özbəkistan), Bişkek Milli Akademiyası (Qırğızıstan), “Kaspiy”, “Kayrat” (hər ikisi Qazaxıstan) da mübarizə aparacaq.
Turnir avqustun 25-nə qədər davam edəcək.
