Basketbol

Azərbaycan klubundan transfer

“Abşeron Lions” heyətini azərbaycanlı basketbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nicat Məmmədli ilə 1 illik müqavilə bağlanıb.

Ötən mövsümü “Sərhədçi” klubunda keçirən basketbolçu daha əvvəl “Abşeron Lions”un (sabiq “AAF Xırdalan” və “Xırdalan) formasını geyinib.