İngiltərə

“Tottenhem”dən 63 milyon həmlə

Yarımmüdafiəçi Ebereçi Eze “Kristal Pelas”dan “Tottenhem”ə transfer olunmaöa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

London klubu London klubuna 63 milyon avro təklif edib. Danışıqlar artıq irəliləmiş mərhələdədir və potensial bonuslar da müzakirə olunur. Eze şəxsi müqavilə şərtlərini “Tottenhem”lə razılaşdırıb.

Sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Qeyd olunur ki, yarımmüdafiəçinin əvvəlki klubu QPR bu transferdən 15% gəlir əldə edəcək.

Keçən mövsümdə Ebereçi Eze bütün turnirlərdə 43 oyuna çıxaraq 14 qol vurub və 11 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun qiymətini 55 milyon avro qiymətləndirir.

Aut.az