Milçək ona 910 min dollar qazandırdı
ABŞ-da keçirilən nüfuzlu BMW Çempionatı turnirində həm unikal, həm də əyləncəli hadisə baş verib.
Aut.az xəbər verir ki, britaniyalı qolfçu Tommi Flitvudun zərbəsindən sonra top bir neçə santimetr məsafədə dayanıb. Zərbə uğursuz alınsa da, amma idmançıya gözlənilməz yardım gəlib.
Topun üzərinə bir milçəklə oturub və onun çəkisi sayəsində top yavaş-yavaş deşiyə doğru yuvarlanıb. Hakimlər zərbəni qəbul ediblər, tamaşaçılar hadisəyə isə alqışlarla reaksiya veriblər. Çünki peşəkar qolfda belə hallar nadir baş verir.
Bu heyrətamiz an Flitvuda turniri 4-cü yerdə başa vurmağa və 910 min dollar mükafat qazanmağa kömək etdi.
