Əfsanə MLS-i dəyərləndirdi
Almaniya millisinin dünya çempionu və “Vankuver Uaytkæps” klubunun yeni üzvü Tomas Müller MLS-də ilk təəssüratlarını bölüşüb.
Aut.az xəbər verir ki, Müller mətbuat konfransında bildirib:
“Buradakı temp və intensivlik çox yüksəkdir. Komandanın inkişaf edə biləcəyi məqamları görürəm… Mən burada yalnız bir həftəlikəm. Bəlkə, bir neçə ay sonra bu sualı vermək daha yaxşı olar”.
Debüt matçında “Hyuston Dinamo”ya qarşı (1:1) 35 yaşlı alman ikinci dəqiqədə qol vurub, lakin ofsayd səbəbindən qol sayılmayıb.
Aut.az
