Boks

Boksçu 10 illik cəzalandırdı: Səbəb nədir?

Ukrayna boks çempionu Maksim Zineviç antidopinq qaydalarını pozduğuna görə 10 il müddətinə diskvalifikasiya olunub.

Aut..az xəbər verir ki, İdmançının dopinq nümunəsində ostarin və ligandrol maddələri aşkarlanıb. Bu barədə Milli Antidopinq Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Diskvalifikasiya müddəti 30 aprel 2025-ci ildən hesablanacaq.

Xatırladaq ki, Zineviç bu ilin mart ayında 75 kq çəki dərəcəsində ölkə çempionu adını qazanmışdı.

Aut.az