İman şou yaradan italyan haqda: Məni yaxşı tanıyır, onunla dəfələrlə məşq etmişəm
Cinsiyyət testindən keçə bilməməkdə günahlandırılan əlcəzairli boksçu İman Xelif Paris Olimpiadasında italiyalı rəqibi Angela Karininin davranışından danışıb.
Aut.az xəbər verir ki, avqustun 1-də Paris Oyunlarında Karini döyüşün 46 saniyəsində Xeliflə döyüşməkdən imtina etdi. O, “heç vaxt bu qədər ağır zərbə almadığını” və göz yaşlarına boğulduğunu bildirdi, bu da Xelifin mediada və sosial şəbəkələrdə təqib edilməsinə səbəb oldu. Əlcəzairli 2023-cü ildə Beynəlxalq Boks Assosiasiyasından başqa heç kim tərəfindən təsdiqlənməmiş xüsusi DNT testi nəticələrinə görə kişi adlandırılıb. Bu təşkilatın olimpiya statusu 2023-cü ilin yayında ləğv edilib və BOK özü sınaqları qeyri-şəffaf hesab edib.
“İtalyan boksçu uzun illərdir məni yaxşı tanıyır. Uzun müddətdir ki, İtaliyaya, Assisi şəhərinə təlim-məşq toplanışı üçün gəlirəm. Təlim-məşq toplanışlarımın çoxu İtaliyada olub. Oradakı məşqçilər məni gəncliyimdən, milliyə gələndən tanıyırlar. Mən onlarla məşq etdim. İtalyan boksçu məni şəxsən və yaxşı tanıyır, onunla Assisidə rinqlərdə məşq etmişəm. Mənə təsir etmək üçün media kampaniyasından istifadə etdilər. Amma mən məqsədimə çatmaq üçün çalışacağam”, – Xelif “Guardian”a bildirib.
Xelif 2024-cü il Olimpiadasının qadın boks turnirində 66 kq-a qədər çəki dərəcəsində yarımfinala yüksələrək turnirdə ən azı bürünc medalı təmin edib.
Aut.az
