Boks

Bu döyüşə ikiəlli razıdır

WBC versiyasında sabiq dünya çempionu Deontey Uaylder (43-2-1 42 KO) ağır çəkidə WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usik (20-0, 13 KO) ilə mümkün döyüşə hazır olduğunu açıqlayıb.

“Mən bu döyüşün ikiəlli tərəfdarıyam, amma o, bir az qorxur. Bir az olmasa da, çox qorxur. Mən bu işin içindəyəm, ona görə də çox şey bilirəm. Bu döyüşə istənilən vaxt, hər yerdə çıxmağa hazıram.

Mən Fyuri kimi qəribə şərtlər qoymuram və çox tələbim yoxdur. Hər birimiz bir-birimizə çörəkpulu qazanmağa kömək etməliyik. Həddindən artıq yükləməyə və belə şeylər etməyə ehtiyac yoxdur, çünki biz hamımız həyatımızı riskə atırıq”, – Uaylder deyib.

Aut.az