Boks

Vladimir Kliçko prezident olmaq istəyir

Əfsanəvi ukraynalı boksçu Vladimir Kliçko bu ilin noyabrında keçiriləcək “World Boxing” prezident seçkilərində iştirak etmək niyyətindədir.

Aut.az xəbər verir ki, təşkilatın ilk və hazırkı prezidenti Boris Van der Vorst ikinci müddətə namizəd olmayacağını açıqlayıb.

Kiçik Kliçkodan başqa, Dünya Boks prezidenti postuna daha iki namizəd mübarizə aparacaq: boks əfsanəsi, hazırda Qazaxıstan MOK-a rəhbərlik edən Gennadi Qolovkin və Yunanıstan Boks Federasiyasının prezidenti Haris Mariolis.

Xatırladaq ki, “World Boxing” həvəskar boksu tənzimləyən beynəlxalq təşkilatdır. O, 2023-cü ildə BOK-un Rusiyayönlü ABB ilə münaqişəsindən sonra boksun Olimpiya statusunu saxlamasını təmin etmək üçün yaradılıb.

Aut.az