Boks

Bu döyüş niyə ləğv edilib? – Dəhşətlidir ki, belə şeytan adamlar…

Bloger və boksçu Ceyk Pol (12-1, 7 KO) və yüngül çəkidə WBA çempionu Cervont Devis (30-0-1, 28 KO) noyabrın 14-də döyüşməyəcək.

Aut.az xəbər verir ki, bu barədə Polun promouterlik şirkəti MVP məlumat yayıb.

Ceyk sosial şəbəkədə bunu rəqibinin peşəkarlığının olmaması ilə izah edib.

“Cervont Devis gəzən bir zibil parçasıdır. Onunla işləmək qorxulu yuxudur. Qeyri-peşəkarlıq, qəribə istəklər, çəkilişlərə gecikmələr, hətta çoxsaylı həbslər və bununla bağlı ittihamlar və məhkəmələr. Əgər bu adamı dəstəkləyirsinizsə, bir insanın edə biləcəyi ən alçaq günahı dəstəkləyirsiniz.

Mən bu zorbaya fanat bazasını və bank hesabını böyütmək üçün platforma vermək istəməzdim. Mənim şirkətim qadınları dəstəkləyir.

İştirak edən hər kəsdən üzr istəyirəm. Ən əsası, bu döyüşə hazırlaşarkən ankerkart döyüşçülərdən, komandamdan.

Dəhşətlidir ki, belə şeytan adamlar mədəniyyət və idmanın zirvəsinə, o cümlədən rəhbər vəzifələrə qalxa bilirlər. Mənə gəlincə, həmişə olduğu kimi, növbəti birinə keçirəm. İstənilən şəxs. Hər kəslə həmişə. İstənilən yerdə”, – Pol yazıb.

Aut.az