Boks

Taysona görə narahatdır: Onun üçün dua edəcəm

Keçmiş mütləq dünya çempionu Mayk Tayson (50-6, 44 KO) hazırda aktiv şəkildə boks karyerası ilə məşğul olan bloger Ceyk Pol (9-1, 6 KO) ilə rinqə çıxacaq. Döyüş 2024-cü il noyabrın 15-nə təyin edilib.

Aut.az xəbər verir ki, ağır çəkili ulduz boksçu Entoni Coşua bu döyüş haqqında fikirlərini bölüşüb:

“Maykın niyə itirəcəyini bilirsinizmi? Tayson artıq qocalıb. Döyüşdən sağlam çıxması üçün dua edirəm. Düşünürəm ki, Ceyk Pol gənc olduğuna görə qalib gələcək”.

Maykın son döyüşü 2020-ci ildə Roy Consa qarşı olub. Bu, heç-heçə bitən və boksçuların rekorduna düşməyən şou döyüşü olub.

Aut.az