“Neymarı transfer edərsiniz” sualına prezidentin reaksiyası: Allah qorusun
“Botafoqo”nun prezidenti Dursesio Mello “Əl-Hilal”ın ulduz futbolçusu Neymar barədə danışıb.
Aut.az xəbər verir ki, braziliyalı funksioner 32 yaşlı həmyerlisinin komandasına transferi ehtimalını istisna edib:
“Allah qorusun. Neymar indiyə qədər gördüyüm ən yaxşı oyunçulardan biridir. O, Messi ilə eyni səviyyədə və Ronaldodan qat-qat üstündür. Lakin karyerasını boşa verdi. Nəticədə zədəsi onu 1 ildən çox meydanlardan uzaq qalmağa məcbur etdi. İndi o, yenidən zədələnib”.
Qeyd edək ki, bu günlərdə Neymarın “Əl-Hilal”la müqaviləsini pozaraq ölkəsinə qayıtması ehtimalı müzakirə olunur.
