Dünya futbolu

Millimizin üzv qol vurdu

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HJK komandası ölkə kubokunda növbəti matçına çıxıb.

Aut.az xəbər verir ki, Helsinki təmsilçisi A qrupunun sonuncu turu çərçivəsində KTP ilə qarşılaşıb.

Səfərdə baş tutan görüş HJK-nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Meydana 72-ci dəqiqədə çıxan Ozan bundan cəmi 3 dəqiqə sonra qol vurmaqla yekun nəticəni müəyyənləşdirib.

Helsinki təmsilçisi bu nəticədən sonra 12 xalla qrup birincisi kimi növbəti mərhələyə adlayıb.