Ronaldonun qolu “Əl-Nəsr”ə kömək etmədi
Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunda “Əl-Nəsr” və “Əl-Qadisiya” komandaları qarşılaşıb.
Oyun Ər-Riyaddakı “Əl Avval Park” stadionunda baş tutub.. Qarşılaşma 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. 32-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Kriştiano Ronaldo hesabı açıb. 37-ci dəqiqədə “Əl-Qadisiyah”ın yarımmüdafiəçisi Julian Quinones tarazlığı bərpa edib. İkinci hissənin əvvəlində hücumçu Pyer-Emerik Obameyanq matçda qonaqlara qələbə qazandıran qolun müəllifi olub.
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində üçüncü yerdədir. Komanda 11 görüşdə 22 xal toplayıb. “Əl-Qadisiya” da 22 xal toplayıb və beşinci yerdədir. “Əl-Hilal” 10 oyundan 28 xalla birinci yerdədir.
Aut.az
