Gözlənilməz seçim: Anrinin ən çətin rəqibi kim olub?
Fransa millisinin sabiq hücumçusu Tyeri Anri karyerasında oynadığı ən çətin rəqiblərin adını çəkib.
“Vay, bu çətin seçimdir. Mən o vaxtdan Taribo Uest xatırlayıram. “İnter”də o vaxtlar fərdi oynayırdılar və o, səni hər yerdə, hətta paltardəyişmə otağına kimi izləyirdi”, – Anri bildirib.
Fransız digər ən çətin rəqibinin “Mançester Yunayted”in əfsanəsi Pol Skoulz olduğunu da deyib.
Uest Avropada “Oser”, “İnter”, “Milan”, “Derbi”, “Kayzerslautern”, “Partizan” və “Plimut”da çıxış edib. Birinci ilə Fransa çempionu olub, ikincisi ilə UEFA Kubokunu qazanın.
Aut.az
