Dünya futbolu

“Monako” sabiq futbolçusunun ölümünə belə reaksiya verdi

“Monako” klubunun mətbuat xidməti keçmiş oyunçusu Rolland Kurbisin ölüm xəbərinə reaksiya verib.

Aut.az xəbər verir ki, klub “X sosial şəbəkəsində mesaj yayımlayıb:

“Monako” klubunun keçmiş oyunçusu, ikiqat Fransa çempionu, Fransa Kubokunun (qırmızı və ağ rənglərdə 155 matç) qalibi və Fransa futbolunun möhtəşəm səsi olan Rolland Kurbisin vəfatından dərin kədər hissi ilə xəbər tutduq. Klub onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Kurbis 2004-cü ildə Rusiyanın “Alaniya” klubunda da çalışıb. Onun rəhbərliyi altında komanda 26 oyun keçirib və səkkiz qələbə qazanıb. Rolland həmçinin “Marsel”, “Bordo”, “Tuluza”, “Əl-Vahda”, “Monpelye”, “Ayaçço” və bir neçə başqa klubu da çalışdırıb.

Aut.az