Azərbaycanın gənc cüdoçuları təlim-məşq toplanışı üçün Yaponiyaya yollandılar
Azərbaycanın gənc qızlardan ibarət cüdo üzrə millisi Yaponiyaya təlim-məşq toplanışına yollanıb.
Aut.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti yayıb.
Osaka şəhərində təşkil olunan hazırlıq prosesində fiziki və texniki-taktiki çalışmalar icra olunur. Böyük məşqçi Saşa Herkenrat-Vimar və böyük performans analitik Zaur Babayevin rəhbərlik etdiyi toplanış yanvarın 30-da başa çatacaq.
