Dünya futbolu

2012-ci ildə “Mançester Yunayted”ə “hə” dedim – Levandovski

“Barselona”nın hücumçusu Robert Levandovski 12 il əvvəl karyerasını Premyer Liqada davam etdirə bilərmiş.

Aut.az xəbər verir ki, polyak buna razılıq verdiyini də etiraf edib:

“2012-ci ildə “Mançester Yunayted”ə keçməyə “hə” dedim. Ser Aleks Ferqyusonla o söhbəti xatırlayıram… Sən ona “yox” deyə bilməzdin”.

Levandovski Rio Ferdinandın podkastına bildirib ki, “Borussiya” təklifi rədd edib.

Levandovski 2010-2014-cü illərdə Dortmundda çıxış edib, sonra isə “Bavariya”ya keçib.

Aut.az