İngiltərə

“Liverpul” MY və “Nyukasl” ilə mübarizədən qalib çıxdı: 6 illik müqavilə

“Liverpul” “Ayntraxt”ın hücumçusu Yugo Ekitikenin transferi ilə bağlı danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Tərəflər artıq 6 illik müqavilənin şərtləri üzrə razılığa gəliblər.

23 yaşlı fransalı futbolçu yalnız “Liverpul”a keçmək istəyir. O, son 24 saat ərzində “Mançester Yunayted”in təklifini rədd edib və “Nyukasl” danışıqlardan çəkilib.

Hazırda “Liverpul” və “Ayntraxt” klubları arasında danışıqlar davam edir.

Qeyd edək ki, PSJ-nin sabiq hücumçusu Frankfurt klubunun heyətində keçirdiyi 64 matçda 26 qol vurub və 14 məhsuldar ötürmə edib.

Aut.az