Əfsanə “Şöhrət Zalı”na daxil edildi
Dağ xizəyi üzrə Olimpiya çempionu və dördqat dünya çempionu amerikalı Bode Miller ABŞ-ın Olimpiya və Paralimpiya “Şöhrət Zalı”na daxil edilib.
Aut.az xəbər verir ki, bu barədə ABŞ Xizək və Snoubord Assosiasiyasının bəyanatında deyilir.
“Millerin hekayəsi təkcə medallar haqqında deyil, yenilik, fərdilik və amansız sürət axtarışı haqqındadır. O, ən müvəffəqiyyətli ABŞ xizəkçisidir, istənilən amerikalı xizəkçi arasında ən çox olimpiya medalına sahibdir və beş əsas dağ xizək yarışının hamısında qalib gələn yeganə amerikalıdır”, – bəyanatda bildirilir.
47 yaşlı Miller altıqat Olimpiya və beşqat dünya çempionatı mükafatçısıdır. O, Dünya Kubokunda 33 qələbə qazanıb. Miller karyerasını 2017-ci ildə bitirib.
Aut.az
