İngiltərə

MY azarkeşlərini təəccübləndirdi: Onlar əfsanələrin siyahısına əlavə edildi – FOTO

“Mançester Yunayted” rəsmi saytında klubun əfsanəvi oyunçuları siyahısına əlavələr edib.

Aut.az xəbər verir ki, hazırda komandada çıxış edən portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandes və icarə əsasında “Barselona”nın formasını geyinən hücumçu Markus Reşford da klub əfsanəsi kimi təqdim olub. Bu da azarkeşlər arasında böyük marağa və təəccübə səbəb olub.

Reşford klubun yetirməsidir və 426 matçda 138 qol vurub, 78 məhsuldar ötürmə edib. Hazırkı kapitan Bruno isə 2020-ci ilin qışında Lissabon “Sportinq”indən 65 milyon avroya transfer olunub. O vaxtdan bəri 305 oyunda iştirak edərək 100 qol vurub və 91 məhsuldar ötürmə edib.

Aut.az