Dünya futbolu

Norveç vətəndaşlığını aldı – FİFA-dan icazə gözləyir

“Bodo – Qlimt” komandasının qapıçısı Nikita Xaykin Norveç vətəndaşı olub.

Aut.az xəbər verir ki, bu barədə “Aftenposten” qəzeti  ölkənin əhali qeydiyyatı məlumatlarına istinadən məlumat verib.

30 yaşlı futbolçu Rusiya, İsrail və Britaniya vətəndaşlığına malik idi.

Norveç milli komandasında oynamaq üçün Xaykin FİFA-dan icazə almalıdır. Norveç Futbol Assosiasiyası hazırda lazımi sənədləri emal edir.

Norveç milli komandası 2026-cı il Dünya Kubokunun final mərhələsində mübarizə aparacaq. Komanda Fransa, Seneqal və İraqla bir qrupda oynayacaq.

Aut.az