De Byazini ələ saldı: Bizi sonuncu yerə göndərmişdi
Millətlər Liqasında milli komandamızın rəqibi olan Qazaxıstan yığmasının müdafiəçisi Nuralı Alip maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, “Metaratings.ru” saytına açıqmasında rəqiblərin komandaya münasibətinin dəyişməsindən danışıb:
“İndiki nəticələrimizdən əvvəl bizi heç kim tanımırdı. Hətta Millətlər Liqasında qarşılaşdığımız Azərbaycan və ya Belarusun baş məşqçiləri də bizi qabaqcadan sonuncu yerə göndərmişdilər. Nəticədə Belarusun özü sonuncu yerdə qərarlaşdı, biz isə birinci olduq. İndi isə hamı komandamızı tərifləyir. Heç kim bizi zəif rəqib hesab etmir”.
Qeyd edək ki,Qazaxıstan millisi Avro-2024-ün seçmə mərhələsinin H qrupunda 8 oyundan 15 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Qrupa hərəyə 19 xalla Sloveniya və Danimarka başçılıq edir.
Xatırladaq ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazidir.
