Dünya futbolu

“Makkabi” ev oyunlarını Serbiyada keçirəcək

İsrailin “Makkabi” komandasının ev oyunlarını keçirəcəyi arena məlum olub.
Aut.az xəbər verir ki, avroliqada Tel-Əviv komandası rəqiblərini Serbiyada qəbul edəcək. Bu qərar dünən İstanbulda keçirilən iclasdan sonra məlum olub.

“Makkabi”nin qarşıdakı ilk ev oyunu “Bayern”lədir. Oyun noyabrın 9-d keçiriləcək.

Xatırladaq ki, təhlükəsizliklə əlaqədar olaraq klub oyunçularını Kiprə göndərmişdi. Serbiyanın “Partizan” klubunun prezidenti doğma “Ştark arena”sını israillilərin ixtiyarına verməyi təklif etmişdi.

Əlavə edək ki, oktaybrın 7-də Yaxın Şərqdə başlanan münaqişə nəticəsində “Makkabi” komandasının basketbol üzrə Avroliqa turnirindəki oyunları təxirə salınmışdı.