Dünya futboluTürkiyə

Təsdiqlədi: Sadıqovun Türkiyədəki klubunu çalışdıracaq

Rusiyalı mütəxəssis Sergey Yuran Türkiyədə işləyəcəyini təsdiqləyib.

Aut.az xəbər verir ki, daha əvvəl məlumat yayılmışdı ki, rusiyalı mütəxəssis səhmlərinin 50%-ni Tufan Sadıqovun aldığı “Serik Belediyespor” klubuna rəhbərlik edəcək.

“Heyətimlə Moskvadan Antalyaya uçuram. Yanımda 4 köməkçim var. Hər şeyi “Serik Belediyespor”un türk rəhbərləri ilə əvvəlcədən müzakirə etmişəm. Müqavilənin imzalanması cümə-şənbə gününə nəzərdə tutulub. İyulun 1-də Antalyada işə başlayacağıq.

Mən həmişə deyirdim: Məqsədlər olanda maraqlanıram. Bu klubda da var. Komandanı sıfırdan toplamalı olacağıq, ona görə də ilk mövsümdə əsas vəzifə klubu ikinci divizionda saxlamaqdır. Bu, Birinci Liqamızın analoqudur.

Artıq bir neçə matça baxmışam və deyə bilərəm ki, futbol səviyyəsi baxımından Türkiyənin ikinci divizionu RPL-in sonuncu səkkizliyinə və Birinci Liqamızın liderlərinə uyğun gəlir. Ciddi əcnəbilər, dolu stadionlar var. Türkiyədə futbol din kimidir. Üstəlik, bir məşqçi kimi özümü uzaq xarici ölkədə sınamaq, təcrübə toplamaqda maraqlıyam. Bu da mühüm amildir.

Ümid edirəm ki, bu mövsüm ikinci divizionda möhkəm yer tuta biləcəyik, gələn mövsüm isə Superliqa vəsiqə uğrunda mübarizəyə qoşulacağıq. İnanıram ki, klub azarkeşlərinin ümidlərini doğrulda biləcəyik”, – Yuran bildirib.

Aut.az