O qeyri-adidir, “Barsa” və “Real”da oynaya bilərdi – Umtiti kimi deyir?
“Lion”un və “Barselona”nın sabiq müdafiəçisi Samuel Umtiti Fransa klubundakı keçmiş komanda yoldaşı Nabil Fekirin potensialını reallaşdıra bilməməsindən üzülüb.
Aut.az xəbər verir ki, Umtiti bu barədə İspaniya mətbuatına danışıb.
“Zədəsindən əvvəl Nabil Fekir, fikrimcə, “Real Madrid” və ya “Barselona” kimi klublarda oynaya bilərdi. Onun keyfiyyətləri çox nadirdir. O, hücumu dəstəkləyə bilər, hətta irəli də oynaya bilər, cinahda və ya səkkiz nömrə kimi oynamağa qadirdir. O, həm texniki, həm də fiziki cəhətdən inanılmaz dərəcədə güclüdür. Qeyri-adi oyunçudur”, – Umtiti bildirib.
Xatırladaq ki, Fekir və Umtiti “Lion”da üç mövsüm birlikdə keçiriblər. 2016-cı ildə Umtiti “Barselona”ya, Fekir isə 2019-cu ildə “Betis”ə keçib.
Hazırda 32 yaşı olan Fekir BƏƏ-nin “Əl-Cəzirə” klubunda çıxış edir. Nabil 2015 və 2023-cü illərdə çarpaz bağ yırtığından əziyyət çəkərək karyerasında 600 gündən çox zədəli olub.
Aut.az
