Azərbaycan futbolu

Xabi Alonso: “Qarabağ” yaxşı rəqibdir

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:

“Hər oyunda motivasiyaya ehtiyacımız var. Düzgün təfəkkürlə oynamalıyıq. “Volfsburq”la matça yaxşı çıxış etdik və bunun davamını gətirmək istəyirik.

Hər iki komandanın 6 xalı var və oyunun nə qədər vacib olduğunu bilirik. “Qarabağ” yaxşı rəqibdir. Növbəti iki oyun qrupda lider olmaq üçün önəmlidir”.