A seriyasında istefa
“Udineze” komandanın baş məşqçisi Andrea Sottilin istefaya göndərildiyini rəsmən açıqlayıb.
Aut.az xəbər verir ki, 49 yaşlı mütəxəssis 2022-ci ilin iyunundan komandada çalışırdı.
Sottil bu mövsümün uğursuz başlamasına görə bağışlanmayıb: A Seriyasının 9 açılış turunda komanda bir dəfə də olsun qələbə qazana bilməyib – 6 heç-heçə və 3 məğlubiyyət. Hazırda “Udineze” A Seriyasında 18-ci pillədə qərarlaşıb.
İtaliya mətbuatının məlumatına görə, “Udineze”nin baş məşqçi postunu artıq 2021-2022-ci illərdə komanda ilə çalışmış Qabriele Çoffi tutacaq.
Aut.az
